“ZƏNGƏZUR DƏHLİZİ TÜRKİYƏ ÜÇÜN BÖYÜK ƏHƏMİYYƏT KƏSB EDƏCƏK”

0

“Rusiyanın Ermənistanla dəmir yolu əlaqələri yoxdur, Gürcüstan üzərindən avtomobil yolu da etibarlı deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Zəngəzur dəhlizinin regiondakı nəqliyyat-kommunikasiya xətlərinə mümkün təsirləri” adlı vebinarda BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırov bildirib.

O. Bağırov deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan bir sıra regional layihələr həyata keçirib, işğal faktına görə Ermənistan bu layihələrdə iştirak etməyib: “Regionda təcrid olmuş vəziyyətdə qalması Ermənistanda miqrasiyaya səbəb oldu, ancaq qonşu ölkə işğalçılıq siyasətindən əl çəkmirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi. İmzalanmış üçtərəfli Bəyannamə regionda kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutur”.

Türkiyə Avrasiya Araşdırmaları Mərkəzinin baş analitiki Kerem Tuncel deyib ki, Zəngəzur dəhlizi Türkiyə üçün böyük əhəmiyyət kəsb edəcək: “Türkiyənin xarici işlər naziri ölkənin yeni Asiya siyasətini elan edib. Yeni Asiya siyasəti Türkiyənin Zəngəzur dəhlizinin açılmasına nə üçün xüsusi diqqət yetirdiyini göstərməkdədir”.

Türkiyəli ekspertin sözlərinə görə, Zəngəzur dəhlizində nəqliyyat-kommunikasiya xətlərinin qurulması kifayət qədər vaxt ayıracaq: “Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolunu da tam əvəzləyə bilməyəcək, gürcüstanlı həmkarlarımız da narahat olmasınlar”.

Kerem Tuncel qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanal-İstanbulun da tezliklə inşa olunacağını bəyan edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN-TÜRKİYƏ TƏLİIMLƏRDƏ TAPŞIRIQLARI UĞURLA İCRA EDİR – VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021”...

Bağla