Qurban bayramı öncəsində Həcc ziyarəti üçün hazırlıqlara başlayan Səudiyyə Ərəbistanı krallığı bu il pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ölkə daxilindən sadəcə 60 min zəvvar qəbul edəcəyini açıqlayıb.
Koronovirus səbəbindən zəvvaların Məscidi-Haram əməkdaşları ilə təmasını minimuma endirmək məqsədilə burada zəmzəm suyunu paylamaq üçün smart robotlardan istifadə ediləcək.
Xatırladaq ki, qlobal pandemiya səbəbindən əcnəbi zəvvarlar artıq ikinci ildir Həcc və ümrə ziyarəti üçün Məkkə şəhərinə gedə bilmirlər.