ZAKİR HƏSƏNOV TÜRKİYƏYƏ BAŞSAĞLIĞI VERİB

0

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Güraka başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən bildirilib ki, başsağlığında deyilir:

“Kayseri şəhərində qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus SF-260D tipli hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilotların şəhid olması xəbəri məni çox kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir diləyirik.

Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Türkiyənin Kayseri vilayətində Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Təyyarənin iki pilotu şəhid olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN XİN TÜRKİYƏYƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib. Bu barədə sosial şəbəkə hesablarında paylaşım edilib. "Qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş...

Bağla