Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyə Respublikasına işgüzar səfər edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, nazir Zakir Həsənov Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbiri ziyarət edib.
Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.
Səfər fevralın 2-dək davam edəcək.