ZAQATALA ŞƏHƏR MƏRKƏZİ CÜMƏ MƏSCİDİ

0

Məscid binasının inşasına 1998-ci ilin fevral ayında başlanılıb, 2000-ci ilin oktyabr ayında başa çatıb. 2001-ci ilin may ayının 7-də məscidin rəsmi açılışı olmuşdur. Bu ibadət ocağında ilk cümə namazı 2001-ci ilin mayında qılınmışdır.

Türk memarlığı əsasında inşa edilən məscid binasının baş ustası Türkiyənin Giresun bölgəsindən olan Adem Elmas usta olmuşdur. Tikintidə həmçinin Zaqataladan olan ustaların da böyük zəhməti vardır.

Məscidin daxili uzunluğu 25 metr, eni 17 metr, hündürlüyü 21 metrdir. Binanın tamamlama hissəsi günbəzvari olub, ana günbəzin diametri 15 metrdir. İrili-xırdalı cəmi 13 günbəz vardır. Günbəzlər qurğuşun təbəqə ilə örtülmüşdür. Ümumiyyətlə, binanın örtüyü üçün 24 tondan yuxarı qurğuşun təbəqədən istifadə edilmişdir. Məsciddaxili birinci mərtəbə qismi divarlar, mehrab və onun əhatəsi xüsusi hazırlanaraq, İstanbuldan gətirilmiş çini örtüklə işlənmişdir. Həmin örtüyün üzərində divarboyu “İnsan” surəsinin 5-25-ci ayələri həkk edilmişdir. Mehrabın əhatəsində və ana günbəzin ortasında “Ayətəl-Kürsü” yazılıb. Məscidin minarələri, moizə kürsüsü və məhəccərləri İstanbul emalatxanalarında Afrikadan gətirilmiş xüsusi ağac materialından hazırlanmışdır.

Eyni vaxtda 800-1000 nəfər ibadət edə bilər.

 

    

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏKİ ŞƏHƏR MƏRKƏZİ CÜMƏ MƏSCİDİ

XVIII-XIX əsr abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilmişdir. Plan qurluşuna görə tağlı, sütunlu salondan ibarət olub,...

Bağla