ZELENSKİ MÜSƏLMANLARDAN ÜZR İSTƏDİ

0

 Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski “ÇistoNews” proqramında Çeçenistan rəhbəri Ramzan Kadırovun dua edərkən ağladığı məqamları əks etdirən kadrlardan istifadə edildiyi üçün üzr istəyib.

O bir zamanlar özünün də üzv olduğu redaksiyada sözügedən verilişin hazırlanmasından xəbərsiz olduğunu söyləyib:

“Məsələ Kadırovda deyil. Sadəcə din ağrılı mövzudur. Bu məni narahat etdi. Başqalarının dini inanclarına toxunub, onları qıcıqlandırmaq düzgün deyil. Mən bizim uşaqların etdiklərinə görə, müsəlman aləmindən üzr istəyirəm”.

1 2
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA QƏBİRİSTANLIQLAR VƏ TARİXİ MƏKANLAR ASCE-YƏ ÜZV OLA BİLƏR

Azərbaycanda mədəni irsin qorunması, bərpası və təbliği məsələləri daim diqqət mərkəzində saxlanılır.

Bağla