ZİKR QƏLBİN CİLASIDIR!

0

“Xatırlamaq”, “yad etmək”, kimi mənalara gələn zikr gəlməsi həm Qurani-Kərimdə həm də hədisi-şəriflərdə tez-tez rastlaşdığımız kəlmələrdəndir. Uca Allah insanın Allah dərgahında yüksək mərtəbə qazanması üçün zikrin önəmli bir vasitə olduğuna diqqət çəkmiş (Bəqərə, 2/152) və zikrin qəlbə təsir göstərdiyini bəyan etmişdir. (Rad 13/28).

Qəlbə təsir göstərən sadəcə zikr deyildir. Qəlb saleh əməllərlə qidalanaraq mənəvi dərəcə qazandığı kimi, günah əməllərin təsiri altında qalaraq da insanı doğru yoldan uzaqlaşdırmaqdadır. Bu bir həqiqətdir ki, İnsanın nəfsinin arzularına və şeytanın vəsvəsəsinə uyaraq etdiyi günah və xətalar birbaşa qəlbinə təsir göstərər. İnsan günah işlədikcə qəlbi qatılaşar və haqq yoldan uzaqlaşaraq fərqli bir istiqamətə yönəlmiş olar. Bu haqda Həzrət Peyğəmbər (s.ə.s)-dən nəql edilən bir hədis diqqətimizi çəkməkdədir. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “İnsan bir günah edərsə qəlbinə qara bir nöqtə qoyular. Əgər o bu günahdan əl çəkib Allahdan bağışlanmasını istəyib, tövbə edərək Rəbbinə dönərsə qəlbi cilalanar. Əgər bunları etməyib günah işləməyə davam edərsə qara nöqtələr daha da çoxalar və nəticə olaraq bütün qəlbini bürüyər. Diqqət edin Uca Allahın: Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür  – ayəsində keçən “ranə” kəlməsinin mənası budur“. (Tirmizi, Təfsir, 74).

Zikr etmək ilə bağlı buraya qeyd etdiyimiz və etmədiyimiz bir çox ayə və hədislərdən zikrin insanın mənəviyyatını qidalandıran əsas ibadət olduğu anlaşılmaqdadır. Elə bu səbəblədir ki, Rəsulullah (s.ə.s) ibadət etmək üçün özünə yol göstərməsini istəyən bir səhabəyə: “Dilin daim Allahı zikr edərək islaq qalsın” – deyərək tövsiyə etmişdir. (İbn Macə, Ədəb, 27).

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ PİLOTSUZ HELİKOPTER İSTEHSAL EDƏCƏK – FOTO

Türkiyənin texnologiya şirkəti Titra Teknoloji A.Ş., hərbi və mülki ehtiyaclarını ödəmək üçün yüksək yük daşıma, uçuş vaxtı və uçuş məsafəsinə...

Bağla